İbrahim Hədidi
Hicri şəmsi 1283-cu ildə Tehranın tacirlərilə Belcikalı Cozef Noz(İranın gömrük başcısı)-un arasında çaxnaşmanın artması ardınca Əhməd Əlaüddölə,Tehran hakimi, Əbdülməcid Mirza Eynoddolənin (sərdəzəm) göstərişilə qəndin bahalanması mahanasila Tehran tacirlərinin bir iddəsini hakimiyyət idarəsinə çağırıb və çox təşər və toxuncdan sonra onları ağaca bağladı,bu iş bazarın bağlanmasına və xalqın şah (İmam xumeyni) məscidində toplanmasına səbəb oldu.Belə ki,Tehranın şöhrətli din alimləri,ruhanilər və vaizləri(din xadimləri)Ayətullah Məhəmməd Təbatəbai və Ayətullah Əbdullah Behbəninin rəhbərliyilə tacirlərdən himayə üçün ayağa qalxıb və Şah Məscidində toplandılar dövlət məmurları toplananlara hucuma keçərək onları dağıtdılar etiraz edənlər canlarının təhlükəsizliyinin təmin olunması və hər tür təcavüzdən amanda qalmaq üçün Əbdüləzim Həzrətlərinin turbəsinə sığındılar və orada təhəssün etdilər.Ertəsi gün Şəhabüddölə və Məcdüddölə Müzəffərəddin Şah tərəfindən təhəssün eliyənlər ilə müzakirəyə məmur oldu. Şahın tapşırığın Ədalətxananın təsisinə dair onlara yetirdi ki bəstin sona çatmasına və təhəssun eliyənlərin Tehrana qayıtmasına səbəb oldu. amma üç aydan sonra Ədalətxananın qurulmasından bir iz göstərilmədi.
Din alimləri və vaizlər yenədə mənbərələrdə və möizə məclislərində şahı və onun sədrəzəmi Eynüddöləni pisləməyə başladılar nəticədə Tehranın xalqı və tacirləri etirazçı alimlərin göstərişilə İngiltərənin səfirliyinə tərəf getdilər və orada bəstə girdilər və alimlərdə Qum şəhərinə tərəf yola düşüb və e`lan etdilər ki Ədalətxananın qurulması haqqında şahın əlyazması sadir olması, Eynüddölənin sədarətdən çıxarılması,Məclisin təsisi və Məşrutə hakimiyyətin qurulmasına qədər bəstdən əl çəkmiyəcəklər.Bir aydan sonra nəhayətən 1289-cu hicri ilinin Mordad ayının 13-də Müzəffərəddin şah əlyazma sadir eləməklə təhəssünçülərin istəklərinə boyun qoydu və bu iş din alimlərinin Qumdan qayıtmasına,təhəssünçülərin İngiltərə səfirliyini tərk etməsinə və Məşrutə hakimiyyətinin qurulmasina səbəb oldu.